Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı
07.05.2021 23:10 Gündəm

Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 25-ci günüdür.

"MediaPost"un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 8-də Bakıda imsak saat 03:54-də, iftar isə saat 19:58-dədir.

Ramazan ayının 25-ci gününün duası:

"İlahi, bu gün məni sənin dostlarını sevən, düşmənlərinlə düşmən olan və peyğəmbərlərin sonuncusunun yolu ilə gedənlərdən qərar ver, ey peyğəmbərlərin qəlblərini məsul qılan Allah!"

Allah orucunuzu qəbul etsin!

Xəbərlər şöbəsi

Gündəm