Ramiz Əzizbəyli dəfn olundu
10.06.2021 13:49 Mədəniyyət

Ramiz Əzizbəyli dəfn olundu

Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub.

"MediaPost"un məlumatına görə o, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Xəbərlər departamenti

Gündəm