"RÄNG" leybli iki işi birdən təqdim etdi - <span>VİDEO</span>
01.04.2021 13:20 Şou-biznes

"RÄNG" leybli iki işi birdən təqdim etdi - VİDEO

"RÄNG" leyblinin əməkdaşlıq etdiyi ilk ulduz, Əməkdar artist Sevda Ələkbərzadə şirkətlə üçüncü işini təqdim edib. 

"MediaPost" xəbər verir ki, bir müddət əvvəl “Hisslərim dumanda” adlı mahnısı ilə bütün dinləyicilərini  80-ci illərə qaytararaq, dünya trendini ölkəmizə gətirən sənətçi bu dəfə də eyni üslubda davam edib. "Sən yoluna" adlı yeni mahnının sözləri Orxan Zeynallı, musiqi isə İslam Şirvaniyə aiddir. Klipin rejissorluğunu Fərhad Əli edib. Klipdə Sevda Ələkbərzadə yenidən 80-ci illərin ab-havasını xatırladıb.

Müəllif-ifaçı Murad Arif və repçi PRoMetenin rəhbərlik etdiyi “RÄNG”  musiqi leyblı, həmçinin ölkəmizə yeni adların məşhurlaşmasında iddialıdır. Belə ki, "RÄNG" Sevda Ələkbərzadənin klipiylə eyni gündə, TİMA adlı yeni İfaçının da ilk klipini təqdim edib. Musiqisi TİMA və Murad Arifə, sözləri isə repçi Orxan Zeynallıya məxsus olan nəğmə “Sarılaraq öp” adını daşıyır. Aranjimanı Emin Kərim (STKHA) tərəfindən edilmiş mahnının klipini Fərhad Əli çəkib. Ekran işində cəsarətli öpüş səhnələri də diqqətdən yayınmır. 

 

Xəbərlər şöbəsi

Gündəm