Rauf Arifoğlu və Nəsimi Paşayevin deputatlığa namizədliyi qeydə alınıb
04.01.2020 13:16 Daxili siyasət

Rauf Arifoğlu və Nəsimi Paşayevin deputatlığa namizədliyi qeydə alınıb

35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun namizədliyi qeydə alınıb.

"MediaPost"un xəbərinə görə, bu barədə R.Arifoğlunun Seçki Qərargahının rəhbəri Çingiz Özgür məlumat verib.

Həmçinin bildirək ki, keçmiş "Bakı Metropoliteni" ASC-nin mətbuat katibi Nəsimi Paşayevin 49 saylı Yevlax - Mingəçevir seçki dairəsindən irəli sürdüyü deputatlığa namizədliyi qeydə alınıb.

Xatırladaq ki, sabiq qurum sözçüsü hazırda özəl şirkətlərin birində PR və marketinq departamentinin direktorudur.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm