ReAl dövlət qeydiyyatına alındı
01.09.2020 12:40 Siyasət Daxili siyasət

ReAl dövlət qeydiyyatına alındı - VİDEO

Azərbaycanda daha iki partiya dövlət qeydiyyatına alınıb.

“MediaPost”un xəbərinə görə, bu barədə deputat, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev məlumat verib.

O bildirib ki, MCP-nin qeydiyyata alınması haqqında sertifikat Ədliyyə nazirinin müavini  Toğrul Musayev və nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovla keçirilən görüşdə təqdim edilib:

"Hər iki dövlət məmuru ilə çox əhəmiyyətli söhbətimiz alındı. Həqiqətən müxalifətə, qəbula və ölkədə yeni yaranan siyasi vəziyyətə münasibət müsbətə doğru xeyli dəyişib".

O əlavə edib ki, görüşdə həm də Real Alternativ (ReAl) Partiyasının rəhbərliyinə (partiya sədri İlqar Məmmədova - red.) qeydiyyat sertifikatı təqdim olunub.


 

Xəbərlər şöbəsi

Gündəm