"Real Madrid" "Mançester Siti"yə, "Napoli" "Barselona"ya rəqib olub
16.12.2019 12:43 Futbol

"Real Madrid" "Mançester Siti"yə, "Napoli" "Barselona"ya rəqib olub

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə bütün cütlər bəlli olub:

"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)

"Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)

"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)

"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)

"Lion" (Fransa) - "Yuventus" (İtaliya)

"Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya)

"Napoli" (İtaliya) - "Barselona" (İspaniya)

Səpələnmişlər səbətindəki komandalar cavab görüşünü öz meydanlarında keçirəcəklər. Püşkdə heç bir komanda öz ölkəsindən olan və qrupda qarşılaşdığı klubla düşə bilməz.

1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm