Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı
20.09.2020 22:52 Cəmiyyət

Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 20-nə olan statistik göstəriciləri açıqlayıb.

"MediaPost" xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 886 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 1 054 792 test aparılıb. Aktiv xəstə sayı 1 858 nəfərdir, onlardan 110 nəfər reanimasiyadadır, 10 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Xəbərlər departamenti

Gündəm