Reklam lövhələri: cərimə meydançası yaratmağın vaxtı çatıb
06.02.2020 09:24 Fikirlər

Reklam lövhələri: cərimə meydançası yaratmağın vaxtı çatıb

Hər gün dayanacaqda, ticarət mərkəzlərinin giriş qapısında və insanların kütləvi toplaşdığı digər məkanlarda reklam lövhələrinə demək olar hər gün rast gəlirik. Şübhəsiz, "gəl-gəl" deyən iri ölçülü, qalın şriftlərlə yazılmış elan diqqətimizi ən az bir dəfə özünə çəkməyi bacarır. Belə olan halda rus ədibi Denis İvanoviç Fonvizinin"nedorosl"ları da cəmiyyətdə artmış olur.

Gülməlidir, deyilmi və ya siz nə başa düşdünüz?

Bəzən səhvə yol verildiyi halda cümlə ilkin mənasını tamamilə dəyişir deyə, nəticə etibarilə satıcı və alıcı arasında anlaşılmazlıq yaranır. Bir neçə nümunə vermək istərdim.

Reklam lövhəsində “pirojki” yazılıbsa, bu rusdilli təbəqədə yalnız gülüş doğurur. Nə rus dilindədir, nə Azərbaycan. Müəssisəyə qeyri-ciddi yanaşma elə reklam lövhəsindən başlayır. Ölkəyə turist axınını nəzərə alsaq, səyahəti sevənlər çıxanlar xoş təəssürat aparmaq əvəzinə geriyə neqativ daşımalı olacaqlar.

Reklam lövhələri: cərimə meydançası yaratmağın vaxtı çatıb

Oxu, oğul, atan kimi…

Hərf səhvi iri müraciət formalı plakatların asılmasında daha çox gözə çarpır. Belə olduğu halda gülməli mənzərə yaranır. İşin ciddi tərəfi isə budur ki, sahibkarın çatdırmaq istədiyi mesaj tamamilə deformasiya olur və ilkin mənasını kökündən dəyişir. Yəqin ki, bu misalı çoxumuz xatırlayırıq: “oxu, oğul, atan kimi, eşşək olma” və “oxu, oğul, atan kimi eşşək olma”…

Fərq aydın görünməkdədir. Nə qədər xoşagəlməz olsa da, bu nümunə məsələni çox gözəl izah edir. Elə bəzi “reklam menecer”lərinin ortaya qoyduğu iş də təxminən buna bənzəyir.

Problemin kökü

Reklam plakat və yazılarının yazıldığı məkanlar çoxumuza məlumdur: sadə internet klub. Orada çalışan gənc bəy və ya xanıma yazacağı elanda yol verilə biləcək kiçik nöqsan belə, maraqlı deyil. Bu da təbiidir. Çünki o, heç bir reklam şirkətinin işçisi və ya mütəxəssisi deyil. Ən yaxşı halda verilən nümunədən köçürmə edər. Elə ona görə də işi peşəkara həvalə etmək ən unikal çıxış yoludur.

Reklam lövhələri: cərimə meydançası yaratmağın vaxtı çatıb

Onlayn formada da "tendensiya" davam edir...

Yalnız ənənəvi reklam plakatlarında, yəni kağızda və ya xüsusi reklam parçasında deyil, həm də sosial şəbəkə elanlarında da bu tip səhvlərə yol verilir. Bəzən məşhur, sayıb-seçilən şirkətlər də belə səhvlər edirlər, fərqi yoxdur, bilərəkdən və ya bilməyərəkdən. Sözügedən şirkətlər "SMM" fəaliyyəti ilə məşğul olur və digərinin hesabında paylaşım etməkçün özünü səhifə admininə çevirirlər.

Artıq problem insanların bir-birləri ilə sosial şəbəkə hesablarında yazışmasına da sirayət edib. Maraqlısı da budur ki, nə isə demək istəyəndə "səmimi olmaq lazımdır", - deyə fikirlər yürüdərək sənin səhv olduğunu sübut etmək istəyirlər və ya özlərini düzə çıxarırlar.

Elə onlayn platformalarda bu mövzuyla bağlı araşdırmanın nəticəsi də sevindirici oldu - Rusiyada universitetlərin birində elmi müdafiə mövzusu olan bu mövzu haqqında kitab da yazıblar.

Tədbir də görmək olardı. Qadağan olunmuş yerdə dayanan avtomobili evakuatora qoşub cərimə meydançasına aparırlar. Reklam lövhələri üçün də cərimə meydançası yaratmağın vaxtı çatıb. Real həyatın real, internet məkanının isə virtual meydançası ola bilər.

Xəbərlər departamenti

Gündəm