Renat Dadaşov Azərbaycan klublarına gəlməkdən imtina edib
15.01.2020 16:48 Futbol

Renat Dadaşov Azərbaycan klublarına gəlməkdən imtina edib

Apasport.az saytının məlumatına görə, gənc hücumçunun müqavilə ilə məxsus olduğu İngiltərənin “Vulverhempton” klubu oyunçusunu icarəyə vermək üçün komanda axtarır.

Mövsümün ilk yarısını Portuqaliya təmsilçisi "Pakoş de Ferreyra"da keçirən, amma özünü göstərə bilməyən R.Dadaşov hələlik İngiltərə klubunun U-23 komandasında çıxış edir. Ona müştəri axtaran “Vulverhempton” forvardı mövsümün sonunadək Azərbaycan klublarından birinə yollamaq istəyib. Lakin menecerləri ilə məsləhətləşən R.Dadaşov bu variantdan imtina edib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm