Reper Elmin Moskvada ağır qəza törətdi: 3 yaralı var - VİDEO
22.09.2020 10:00 Hadisə

Reper Elmin Moskvada ağır qəza törətdi: 3 yaralı var - VİDEO

Moskvada azərbaycanlı reper Elmin Quliyev idarə etdiyi “İnfiniti” markalı avtomobillə ağır qəza törədib.

"MediaPost" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə sentyabrın 21-də Ostojenka küçəsində, 47 nömrəli binanın yanında baş verib. İşıqforun qırmızı işığında keçən və yüksək sürətlə hərəkət edən “İnfiniti” “Mercedes” markalı avtomobillə toqquşub, bu zaman səki ilə gedən piyadaları da vurub kənara atıb. Nəticədə üç nəfər yaralanıb, onlardan iki qadının vəziyyəti ağırdır. Reperin avtomobili qəza zamanı divara dəyərək dayanıb.

Hadisədən bir neçə dəqiqə sonra “İnfiniti”nin sürücüsü və qəzanın səbəbkarı məlum olub-26 yaşlı azərbaycanlı reper Elmin Quliyevdir. O, dərhal günahını etiraf edib.

 

Xəbərlər departamenti

Gündəm