Repetitor yanına gedənlər üçün xüsusi qaydalar hazırlanıb - Ceyhun Bayramov
27.04.2020 16:02 Təhsil

Repetitor yanına gedənlər üçün xüsusi qaydalar hazırlanıb - Ceyhun Bayramov

"MediaPost" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, ötən həftədən etibarən repetitor fəaliyyəti ilə məşğul olanlara icazə verilib:

"Mən hesab edirəm ki, biz bir məqama diqqət yetirməliyik. Operativ Qərargahın tibb sahəsi ilə məşğul olan mütəxəssisləri açıqlama vermişdi ki, belə bir məşğələlərin təşkili zamanı biz insanların təhlükəsizliyini nəzərə almalıyıq. Ona görə də həmin bu fəaliyyət bərpa olunan zaman xüsusi tələblər nəzərə alınmalıdır. Məsafə saxlanılması, sanitar normaların gözlənilməsi, bununla bağlı səhiyyə sahəsindəki mütəxəssislərimiz xüsusi qaydalar hazırlayıblar. Bu gün, ya sabah həmin qaydaların açıqlanması gözlənilir. Eyni zamanda, deyək ki, kimlərinsə hansı icazə formasında məşğələyə getməsində problem yaşanmamalıdır. Bu məsələdə məhdudiyyət yalnız saatla bağlıdır, məşğələ sayında bir məhdudiyyət yoxdur. Bununla bağlı 8103 istiqamətində 2 əlavəsini göndərməklə hər kəs 3 saat ərzində fəaliyyətini buna uyğun qura bilər".

Xəbərlər departamenti

Gündəm