Rəsmilər koronavirusla bağlı suallara cavab verib - VİDEO
28.02.2020 15:40 Gündəm

Rəsmilər koronavirusla bağlı suallara cavab verib - VİDEO

"MediaPost" xəbər verir ki, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, apteklərdə satılan maskaların qoruyuculuğu yoxdur:

"Maskanı bütün respirator infeksiya daşıyıcı olan şəxslər taxmalıdır. Sağlam insanın maska taxması mühüm deyil. Qoruyuculuğu yüksək olan maskalar ancaq tibb işçiləri üçün istehsal olunur. Bu da apteklərdə satılmır".

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, xəstəyə kontaktda olan hər kəs karantin altına alınıb.

"Bu gün Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır. Onlardan 12-si İran, biri İtaliya, 7-si isə digər ölkə vətəndaşlarıdır. Hazırda onların müayinə cavabları gözlənilir".

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, virusla bağlı "Qaynar xətt" 24 saat vətəndaşların xidmətindədir:

"15-42 nömrəli "Qaynar xətt"ə səhhətində hər hansı dəyişiklik hiss edən şəxslər müraciət edə bilər".

O, həmçinin sosial şəbəkələrdə Ağdaşda İrandan gələn Azərbaycan vətəndaşının ürəyinin getməsi ilə bağlı yayılan görüntülərdən danışıb: "Həmin şəxs doğrudan da İranda işləyib qayıdan şəxs olub. Ağdaşa qayıdıb və orada da sırf yorğunluqdan huşunu itirib. Analizlər götürülüb və vəziyyəti stabildir".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm