Restoranlar və digər ictimai iaşə obyektləri üçün yeni qaydalar hazırlanır - RƏSMİ
24.04.2020 18:37 Cəmiyyət

Restoranlar və digər ictimai iaşə obyektləri üçün yeni qaydalar hazırlanır - RƏSMİ

Operativ Qərargahın tibbi bölməsi digər dövlət qurumları ilə bərabər bütün sahələr üzrə, o cümlədən ictimai iaşə obyektləri, restoranlar, nəqliyyat, ictimai nəqliyyat və s. bütün qurumlar üzrə əks-epidemik tədbirlər istiqamətində davranış qaydalar hazırlayır.

"MediaPost" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bugünkü brifinqində çıxışı zamanı deyib.

O, bəzi qaydaların artıq hazır olduğunu bildirib: "Bu qaydalar həm həmin qurumlarda çalışan əməkdaşlar, həm də vətəndaşlarımız üçündür. Həmin qaydalarla koronavirusinfo.az portalından tanış ola bilərlər. Hər birimiz bununla ətrafımızdakı insanları maarifləndirməliyik".

Xəbərlər departamenti

Gündəm