Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO
21.02.2020 06:22 Rəsmi

Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

"MediaPost"un məlumatına görə, ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Sonra Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.

Xəbərlər departamenti

Gündəm