Ronaldo İtaliya çempionatının ən yaxşı oyunçusu seçilib
03.12.2019 06:04 Gündəm

Ronaldo İtaliya çempionatının ən yaxşı oyunçusu seçilib

"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Galà del Calcio-2019 Gran" mükafatlarının verilməsi mərasimində ən yüksək mükafat portuqaliyalı futbolçuya təqdim edilib.

Ronaldu ötən mövsümün 31 matçında iştirak edib. O, bu oyunlarda 21 qol vurub, 8 məhsuldar ötürmə edib.

"Yuventus"un hücumçusu dünən keçirilmiş "Qızıl top"un təqdimatı mərasimində də iştirak etməyib. Portuqaliyalı hücumçu mərasimdə üçüncü yeri tutub.

İtaliya mövsümünün ən yaxşı komandası turnir cədvəlində üçüncü yer tutmuş "Atalanta" seçilib. Komandanın baş məşqçisi "ən yaxşı məşqçi" mükafatına layiq görülüb.

Qeyd edək ki, İspaniyanın "Barselona" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi 6-cı dəfə "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına layiq görülüb.

Xəbərlər departamenti

Gündəm