Ronaldo: ""Qalatasaray"la oyunumuzu unutmuram..."
28.12.2019 11:36 Futbol

Ronaldo: ""Qalatasaray"la oyunumuzu unutmuram..."

"MediaPost" xəbər verir ki, hazırda "Yuventus" klubunun formasını geyinən hücumçu "Qalatasaray"la baş tutan matçı unutmadığını dilə gətirib.

"Bir neçə dəfə İstanbul və Bodrumda tətildə olmuşam. Türkiyədə məni dəstəkləyənlərin çox olduğunu bilirəm. Burada oynamaq gözəldir. "Qalatasaray"la qarşılaşmamızı unutmuram. Stadiondakı coşqulu izdiham çox böyük idi " - Ronaldo deyib.

Futbolçu həmçinin komanda yoldaşı M.Demiralı barədə danışarkən onu bəyəndiyini söyləyib: "Demiral çox yaxşı oyunçudur. Aqressiv, güclü və ciddidir. Amma digər tərəfdən çox yaxşı uşaqdır. Çox rahat və əyləncəli adamdır. Türk futbolçuların professional olduğunu düşünürəm".

Qeyd edək ki, Kristiano Ronaldo reklam çəkilişləri üçün Türkiyədə olub və yerli blogerin suallarını cavablandırıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm