Ronaldu: "Mən 71 santimetrə tullandığımı bilmirdim" - VİDEO
"Report" xəbər verir ki, o, nəticədən məmnun olduğunu qeyd edib.
"Nəticədən razıyam, bu, mürəkkəb matç idi. "Sampdoriya" çox yaxşı oynayırdı. "Yuventus"un bütün oyunçuları işə düzgün münasibət göstərdilər", - deyə o bildirib.
O, səhhətindəki problemdən də danışıb: "Bütün ay dizimdə problemlər var idi. İndi hər şey keçmişdə qalıb, özümü fiziki cəhətdən yaxşı hiss edirəm. Mən yalnız "Yuventus"a "qalib gəlməyə və titullar qazanmağa kömək etmək istəyirəm".
Futbolçu qeyri-adi nəticəsindən xəbərsiz olduğunu deyib.
"Qol yaxşı alındı, şadam ki, komandaya üç xal qazanmağa kömək edə bildim. Mən 71 santimetrə tullandım? Bunu bilmirdim", - Ronaldu bildirib.
Ronaldu son matçda topa zərbə zamanı yerdən 256 santimetr hündürlükdə olub. Futbolçu İtaliyanın A seriyasının bu mövsümündə 14 matçda iştirak edib. O, bu mövsümdə 10 top vurub və 1 məhsuldar ötürmə edib.
Mediapost.az