Ronaldu onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbləşib - VİDEO
12.12.2019 07:28 Futbol

Ronaldu onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbləşib - VİDEO

“Report” xəbər verir ki, insident Turin təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – VI turunda “Bayer”i Almaniyada 2:0 hesabı ilə məğlub etdiyi oyundan sonra baş verib. Final fitindən sonra şəkil çəkdirmək üçün meydana qaçan azarkeş 34 yaşlı portuqaliyalı futbolçunu bir qədər sərt tutub. Fanatın davranışından narazı qalan Ronaldu ona etirazını bildirib və meydandan uzaqlaşıb.

Qeyd edək ki, Ronaldu “Bayer”lə oyunda qollardan birinin müəllifi olub. Bu qələbədən sonra xalını 16-ya çatdıran “Yuventus” D qrupunun birincisi kimi pley-offa vəsiqə qazanıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm