Roy Cons Taysonla döyüşəcəyi üçün qulaqlarını sığortalayır
05.08.2020 12:35 İdman

Roy Cons Taysonla döyüşəcəyi üçün qulaqlarını sığortalayır

Mütləq çəkidə keçmiş dünya çempionu Roy Cons Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır.

“MediaPost” TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə döyüşçünün meneceri Zsolt Barna məlumat verib. Məlumatda bildirilir ki, R.Consun bu qərara gəlməsinə səbəb 1997-ci ilin iyununda Evander Holifildlə döyüşü zamanı M.Taysonun onun qulağını dişləməsi olub.

E.Holifildə qarşı revanş matçında M.Tayson rəqibinin qulağını dişləyərək bir hissəsini qoparıb. Döyüş dayandırılıb və amerikalı ağırçəkili boksçu 3 milyon dollar cərimə edilməklə, həm də diskvalifikasiya olunub.

Əfsanəvi boksçular arasında döyüş bu ilin sentyabrın 12-nə planlaşdırılıb.

İki amerikalı arasında superfinal Kaliforniyada baş tutacaq. Döyüş 8 raunddan ibarət olacaq.

 

Xəbərlər şöbəsi

Gündəm