Ruhani dövlət qurumlarını qənaət etməyə çağırdı: “O mülkləri satın!”
28.04.2020 14:43 Dünya

Ruhani dövlət qurumlarını qənaət etməyə çağırdı: “O mülkləri satın!”

İran prezidenti Həsən Ruhani dövlət qurumlarının hamısında qənaət prinsiplərinə əməl edilməsinin məcburi olduğunu açıqlayıb.

“MediaPost” xəbər verir ki, Ruhani həmçinin qurumların əllərindəki mal və əmlakın artıq hissəsinin satılmasının vacibliyini bildirib:

“Mövcud şərtlərdə dərman və zəruri ehtiyacların təmin olunması və istehsal sahələrinin ehtiyacları üçün xarici valyutanın təmin edilməsi zəruridir. Burada səlahiyyətli şəxslər məsələyə ciddi şəkildə nəzarət etməlidir”.

Xatırladaq ki, 2018-ci ilin mayında İranın nüvə razılaşmasından birtərəfli ayrılması, bu öllkədəki iqtisadi problemləri dərinləşdirib. Koronavirus xəstəliydən ən çox zərər çəkən ölkələrdən biri də İran olub. Hökumət sözçüsü Əli Rəbii 11 apreldə verdiyi açıqlamada epidemiyaya görə təxminən 3.3 milyon işçinin ziyan çəkdiyini, 1.5 milyondan çox iş yerinin bağlanmaq məcburriyyətində qaldığını demişdi.

Xəbərlər departamenti

Gündəm