Ruhani söz verdi: “Bütün dünya bunu izləyəcək”
15.01.2020 10:28 Xarici siyasət

Ruhani söz verdi: “Bütün dünya bunu izləyəcək”

"Təyyarənin düşməsində qeydri-adi bir hal olduğunu anladığım zaman hadisə ilə bağlı araşdırmaların tez bitirilməsinə dair təlimat verdim. Burada hər hansı bir yanlışlıq olduğu təsdiqlənəcəyi təqdirdə isə ictimaiyyətə açıqlanmasını tapşırmışam".

"MediaPost" xarici mətbuata istinadən xəbər verir ki, Ruhani çıxışı zamanı "söz verirəm, hökumət bu mövzuya ciddi nəzarət edəcək. Bu adi bir hadisə deyil, bütün dünya məhkəməni izləyəcək. Xalqımız bu işdə kimlərin xətalı olduğunu öyrənmək istəyir. Ucu kimə toxunursa, toxunsun bu işdə əli olan hər kəs layiqli cəzasını alacaq"- söyləyib.

İran məhkəmə sədri İbrahim Rəisi də general Qasım Süleymaninin öldürülməsi ilə bağlı məhkəmə müddətinin beynəlxalq səviyyəyə daşınmasının vacibliyini vurğulayaraq "terrorçu Trampın yaxasını buraxmayacağıq", deyib.

Digər tərəfdən İran ordusu tərəfindən səhvən vurulan və 63 kanadalının həyatını itirdiyi qəza ilə bağlı açıqlama verən Kanadanın baş naziri Castin Tryudo ABŞ-ı Yaxın Şərqdə gərginliyi artırmaqda günahlandırıb.

Tryudo “Global News” telekanalına verdiyi açıqlamada bildirib ki, son dönəmdə bölgədə gərginlik artmasaydı, ölən Kanada vətəndaşları indi evlərində ailələri ilə birlikdə olardı. O, müharibələrin əziyyətinin günahsız insanlarən çəkdiyini vurğulayıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm