Ruhaninin bədbin açıqlaması ABŞ-la münasibətlərinin dəyişəcəyindən xəbər verir? - ŞƏRH
14.11.2019 09:56 Fikirlər

Ruhaninin bədbin açıqlaması ABŞ-la münasibətlərinin dəyişəcəyindən xəbər verir? - ŞƏRH

Uzun müddətdir İran və ABŞ arasında davam edən gərginliyin İran iqtisadiyyatına ciddi ziyan vurduğu bildirilir. Ötən gün Həsən Ruhaninin “ən gərgin günlərimiz yaşayırıq, qapıları bağlamaq yox, açmaq hünərdir” ifadəsi ölkə siyasətinin hansı istiqamətə dəyişəcəyinə dair suallar yaradıb.

Xatırladaq ki, İranın nüvə enerjisi proqramından nüvə silahı hazırlanmasında istifadə etməsi ilə bağlı yaranan şübhələr əsas gətirilərək BMT, ABŞ və Avropa İttifaqı bu ölkəyə qarşı ağır sanksiyalar tətbiq etdi. 2015-ci ildə bu şübhələrin reallığa çevrilməsindən ehtiyat etdikləri üçün ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya, Çin arasında saziş imzalandı.

Sazişə əsasən, İran uranın zənginləşdirilməsini dayandırmalı, qarşılığında isə ona qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılmalı idi.

Lakin 2018-ci ildə Tramp hakimiyyəti sazişi ləğv edərək sansksiyaları bərpa edib. İran isə əvəzində götürdüyü bütün öhdəliklərdən imtina etdi.

Tramp adminstarsiyasının əsas istəyi əldə olunmuş razılığın daha da genişləndirilməsi və İranın Yaxın Şərqdəki gücünün azaldılmasından ibarət idi. İran isə yeni şərtlər olacağı təqdirdə sazişə razı olmayacağını bildirib.

Sanksiyaların ağırlaşması İranda əhalinin yaşam keyfiyyətinin də aşağı düşməsinə səbəb olub.

Ruhaninin bədbin açıqlaması ABŞ-la münasibətlərdə yeni qapı açacaqmı? - ŞƏRH

Bəs Ruhanin ötən gün verdiyi bədbin açıqlama nədən xəbər verir? Yaranmış bu vəziyyət İran-ABŞ münasibətlərinə hansı yöndə təsir göstərəcək? Münasibətlərin yenidən yumşalması istisna olunurmu?

Məsələ ilə bağlı Mediapost.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirdi ki, Ruhaninin bu açıqlaması İranın ağır durumundan xəbər verir.

“Amerikanın İrana qarşı olan sanksiyaları getdikcə sərtləşib. İranla əməkdaşlıq edən bir çox şirkətlər İran bazarını tərk edir. Bu da İran iqtisadiyyatında vəziyyəti getdikcə ağırlaşdırır. Vəziyyət belədir ki, artıq İran öz neftini satmaqda da çətinlik çəkir. Bunun özü də İran iqtisadiyyatı üçün problemə çevrilir. Gələn ilin büdcəsindədeputatlar artıq büdcəni neftsiz formalaşdırmağa çalışırlar. Düşünürlər ki, nefti sata bilməsələr, bu iqtisadiyyata ciddi təsir göstərməsin. İqtisadiyyat elə inkişaf etdirilməlidir ki, neft gəliri olmadan da, problemlər həll olunsun. Bu çox çətin olsa da, İran qarşısına belə bir hədəf qoyub. Ona görə də, Ruhani bu açıqlamanı verib ki, İslam inqilabından bu yana İran iqtisadiyyatı ən çətin dövrünü yaşayır. Bəzən deyirlər ki, bu sanksiyalar İrana təsir etmir amma Ruhaninin açıqlaması hər şeyi göstərdi”.

Картинки по запросу trump

Politoloq düşünür ki, İran nə qədər çətin vəziyyətdə də olsa, ABŞ-ın şərtlərini qəbul etməyəcək:

“İran o şərtləri qəbul etsə, özünü aşağılanmış kimi göstərəcək. Çünki İran onsuzda Amerikanınkeçmiş prezidenti ilə razılığa gəlmişdi, Tramp gəldi, anlaşmanın üzərində xətt çəkdi. Bu əlbəttə ki, İrana çox pis təsir etdi. Elə buna görə də, İran yeni danışıqlar istəmədiyini əsas gətirərək, uranın zənginləşdirilməsinə başlayıb”.

Qeyd edək ki, Həsən Ruhaninin çıxışından öncə İran Xarici İşlər nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi bu ilin ortalarında sanksiyalarla bağlı belə demişdi:

“ABŞ-ın birtərəfli sanksiyalara aludəçiliyi onların dövlət rəsmilərini tamamilə passiv vəziyyətə gətirib. İran xalqının dəmir iradəsi qarşısında dayana bilmədikləri və məyusluqdan xilas olmaq üçün hər dəfə boş-boş sanksiyalar elan edirlər".

Mediapost.az

Xəbərlər departamenti

Gündəm