Rus almazı rekord qiymətə satıldı
12.11.2020 10:02 Dünya

Rus almazı rekord qiymətə satıldı

Rusiyanın "Alrosa" şirkəti tərəfindən Saxa Respublikasında (Yakutiya) hasil edilən bənövşəyi-çəhrayı "Ghost of Rose" adlı brilyantı satılıb.

"MediaPost" xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evi məlumat yayıb. Açıqlamada 14.83 karatlıq brilyantın Cenevrədə baş tutan hərracda satıldığı qeyd olunub.

Qeyd edək ki, "Ghost of Rose"un dəyəri təxminən 23-38 milyon dollar idi. Oval formalı almaz, Rusiyada tapılan ən böyük 27,85 karat çəhrayı almazdan hazırlanır. 

Almaz adını ilk dəfə 1911-ci ildə xareoqrafiyası Maykl Fokinə məxsus olan və Mixail Diaghilevin Rus Balet truppası tərəfindən səhnələşdirilən "Ghost of Rose" baletindən götürüb.

 

 

 

Anara Mikail

Gündəm