Rusiyada əsgər insanlara hücum etdi: ölənlər  var
09.11.2020 15:20 Dünya

Rusiyada əsgər insanlara hücum etdi: ölənlər var

Rusiyada dəhşətli hadisə qeydə alınıb.

"MediaPost" xəbər verir ki, Voronez bölgəsi yaxınlığında yerləşən hərbi hava bazasında zabit Anton Makarov balta və tapança ilə ətrafa hücum edib. Hadisə nəticəsində 3 əsgər həyatını itirib, 1 əsgər ağır yaralanıb. 

Voronez Qərbi Hərbi Bölgədən verilən rəsmi açıqlamaya görə, Makarov daha sonra hadisə yerindən qaçıb. Bildirilib ki, sözügedən şəxsin depressiyada olduğu təxmin edilir. 

Anton Makarovun tapılması üçün axtarış əməliyyatı davam edir.

Anara Mikail

Gündəm