Rusiya ABŞ-la danışıqlardan imtina edib
30.11.2022 12:55 Dünya

Rusiya ABŞ-la danışıqlardan imtina edib

“ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etməyəcəyik”.

MediaPost  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.

O qeyd edib ki, rəsmi Moskva bu anlaşmanı yüksək qiymətləndirir, amma bunu müzakirə etmək üçün uyğun şərtlər olmalıdır.

“Rusiya hazırda ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etmək niyyətində deyil. ABŞ Ukraynanı silahlandırmağa davam etdikcə, bu, baş verməyəcək”, - deyə Zaxarova bəyan edib.

Xəbərlər departamenti

Gündəm