Rusiya Arktikanı “S-400”-lərlə qoruyacaq
09.12.2019 15:16 Siyasət

Rusiya Arktikanı “S-400”-lərlə qoruyacaq

Mediapost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Şimal donanmasının komandiri, vitse-admiral Aleksandr Moiseyev açıqlama verib.

Gələcək illərdə Şimal donanmasının bütün Arktika bölgəsini hava hücumundan müdafiə sistemləri ilə təchiz edəcəyi də planlaşdırılır. Bunun sayəsində Arktika aviasiya və ballistik raketlərin hava hücumundan qoruna biləcək.

Moiseyev qeyd edib ki, Arktikada Şimal donanmasının əsas vəzifəsi dövlətin təhlükəsizliyini, habelə Şimal dəniz yolu üzərindəki hava məkanının müdafiəsini təmin etməkdir.

Qeyd edək ki, ötən il Severomorsk bölgəsində 4200-ə yaxın döyüş hazırlığı təlimi keçirilib.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm