Rusiya Filippinə koronavirus peyvəndini pulsuz verəcək
11.08.2020 08:01 Gündəm Dünya

Rusiya Filippinə koronavirus peyvəndini pulsuz verəcək

Filippin Prezidenti Rodriqo Duterte Rusiyanın ölkəsinə koronavirusa qarşı peyvənd göndərmək təklifini qəbul edib.

“MediaPost” Filippinin PNA agentliyinə istinadla xəbər verir ki, bu barədə R.Duterte Davao şəhər sakinlərinə televiziya müraciəti zamanı bəyan edib. Filippin prezidenti bildirib ki, Rusiyanın ödənişsiz olaraq peyvənd təqdim etmək təklifi onu çox sevindirib.

R.Duterte ölkəsinin bu təklifi böyük məmnuniyyətlə qəbul edəcəyini və lazım olan peyvəndin miqdarını qarşı tərəfə bildirəcəyini deyib.

Xəbərlər şöbəsi

Gündəm