Rusiya heyəti Qarabağın müzakirəsi üçün Türkiyəyə gedir
12.11.2020 13:00 Dünya Siyasət

Rusiya heyəti Qarabağın müzakirəsi üçün Türkiyəyə gedir

"Rusiya nümayəndə heyəti Dağlıq Qarabağda ortaq monitorinq mərkəzinin yaradılmasını müzakirə etmək üçün 13 noyabrda Türkiyəyə səfər edəcək".

"MediaPost" xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən mətbuat konfransında söyləyib.

"Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyini əhəmiyyətli hesab edirik. Rusiyadan nümayəndə heyəti cümə günü Qarabağla bağlı ortaq müşahidə və monitorinq mərkəzi yaratmağın detallarını müzakirə etmək üçün Türkiyəyə gələcək" - deyə nazir qeyd edib.

Çavuşoğlunun sözlərinə görə, Rusiya nümayəndə heyətinin səfərindən sonra Türkiyə yenidən Azərbaycanla danışıqlar aparacaq.

Anara Mikail

Gündəm