Rusiya iddialara cavab verdi: "Tragediyadan komediya yaratdılar"
25.02.2020 09:55 Dünya

Rusiya iddialara cavab verdi: "Tragediyadan komediya yaratdılar"

“MediaPost”un xəbərinə görə, Rusiya XİN sözçüsü Mariya Zaxarova bu barədə “Facebook” səhifəsində yazıb. O, Malayziya təyyarəsinin vurulmasına dair şahid olduğunu deyən hollandiyalı prokurora cavab verib:

“Mədə bulandırıcıdır. Tragediyadan kobud komediya yaratdılar”.

Xatırladaq ki, Malayziya Hava Yollarına aid MH17 təyyarəsinin 4 il əvvəl Ukraynanın şərqində yerə çırpılması nəticəsində 298 nəfər həlak olub. Təyyarənin Rusiya tərəfindən vurulduğu iddia edilsə də, Rusiya bu vaxta qədər istintaqa cəlb edilməyib. Hollandiyalı prokuror Fred Vesterbeke təyyarənin Rusiya istehsalı “Buk” raketi tərəfindən vurulmasını görən bir nəfər şahid olduğunu bildirib.

Xəbərlər departamenti

Gündəm