Rusiya MN 35 hərbi əsirin ölkəyə qaytarıldığını bildirib
24.11.2022 09:42 Gündəm Dünya

Rusiya MN 35 hərbi əsirin ölkəyə qaytarıldığını bildirib

Kiyevin nəzarətində olan ərazilərdə əsirlikdən xilas olunan 35 nəfər Rusiya Silahlı Qüvvələrinin hərbçisi dünən ölkəyə qayıdıb.

Mediapost xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti bu gün məlumat yayıb.

Bildirilib ki, onlar müalicə və reabilitasiya üçün Rusiya MN tabeliyində olan və Moskvada yerləşən müxtəlif tibb müəssisələrinə göndərilib.

news department

Gündəm