Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağla bağlı məlumat yaydı
17.01.2021 21:05 Qarabağ Azərbaycandır

Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağla bağlı məlumat yaydı

"Dağlıq Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib".

"MediaPost" xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb:

Bildirilir ki, sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparırlar.

Bu gün Ermənistandan Dağlıq Qarabağa 189, ümumilikdə, 49827 nəfər geri qaytarılıb.

Bu günə kimi 551 hektar ərazi, 205,3 km yol, 783 yaşayış binası, o cümlədən 25 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 23,723 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Xəbərlər şöbəsi

Gündəm