Rusiya Qarabağa növbəti humanitar yardım göndərib
23.02.2021 11:40 Qarabağ Azərbaycandır

Rusiya Qarabağa növbəti humanitar yardım göndərib

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə humanitar yardımdan ibarət növbəti yük göndərib.

"MediaPost" xəbər verir ki, bu barədə nazirliyin əməkdaşı Yevgeni Qorelov yükü yola salmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Qorelov “yerli hakimiyyətin” istəyi əsasında FHN-in əməliyyat qrupunun vacib tikinti materiallarının siyahısını hazırladığını və bu tikinti materiallarının yaşayış binaları və əhəmiyyətli sosial obyektlərin bərpası üçün nəzərdə tutulduğunu qeyd edib.

Onun sözlərinə görə, 50 tondan artıq yükü 6 yük avtomobili daşıyacaq, 2 avtomobil isə müşayiət edəcək. Yük fevralın 24-də Xankəndinə çatacaq.

Qorelov atəşkəs elan olunduqdan sonra Rusiyanın Qarabağa 200 tondan artıq humanitar yardım göndərdiyini söyləyib. Yük dəmiryolu ilə Azərbaycana və Ermənistana, oradan isə Xankəndinə daşınır.

Anara Mikail

Gündəm