Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb
04.05.2021 23:53 Dünya

Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov Moskvanın Avropa rəsmilərinə tətbiq etdiyi sanksiya səbəbindən Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

"MediaPost" RİA Novosti-yə istinadən xəbər verir ki, görüş bir gün əvvəl baş tutub.

Rusiyalı səfirin diqqətinə çatdırılıb ki, Fransa hökuməti aprelin 30-da Rusiya hakimiyyəti tərəfindən Avropa Parlamentinin rəhbəri, Avropa Komissiyası sədrinin müavini və fransalı millət vəkili Jak Maire də daxil olmaqla, bir sıra Avropa rəsmilərinə qarşı elan edilmiş tədbirləri qətiyyətlə pisləyir.

Fransa XİN nümayəndəsi Rusiya səfirinə bildirib ki, gərginliyi azaldılması ehtimalı var: “Paris vəziyyəti düzəltmək üçün Moskvanın məsuliyyətli davranacağını gözləyir”.

Xəbərlər şöbəsi

Gündəm