Rusiya siyasətçiləri Ukraynaya buraxılmayıb
23.01.2020 15:12 Xarici siyasət

Rusiya siyasətçiləri Ukraynaya buraxılmayıb

“MediaPost” Lenta.ru-ya istinadən xəbər verir ki, Londondan Kiyevə uçan təyyarədə bir rus özünü "federal subyekt paytaxtlarından birinin keçmiş meri" və “Vahid Rusiya Partiyasının üzvü” kimi təqdim edib. Siyasətçi hava limanındakı yoxlanış-buraxılış məntəqəsində Ukraynaya səfərinin məqsədini aydın izah edə bilməyib. Buna görə də Ukraynanın "Sərhəd nəzarəti haqqında" qanununa əsasən ölkəyə buraxmayıb.

Vahid Rusiya və Kommunist Partiyalarının üzvləri olan daha 2 rus isə Minskdən uçub. “Hər ikisi, guya, konfransda iştirak etmək üçün Kiyevə gəldiklərini bildirdi. İndi onlar Belarusa geri qaytarılıblar”, - deyə sərhəd xidmətindən bildiriblər.

Xatırladaq ki, yanvarın 19-da analoji hal bir qrup rus aktyorla da yaşanmışdı və onlar Ukraynaya buraxılmamışdı.

Coşqun Əli / “MediaPost”

Xəbərlər departamenti

Gündəm