Rusiya sülhməramlılarını daşıyan təyyarələr Ermənistana ENDİ
11.11.2020 01:09 Dünya

Rusiya sülhməramlılarını daşıyan təyyarələr Ermənistana ENDİ

Bortunda Rusiya sülhməramlıları olan 12 ədəd İl-76 təyyarəsi Ermənistana enib.

 "MediaPost" bildirir ki, bu barədə "RİA Novosti" Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verib.

Qeyd edilib ki, içərisində Rusiya sülhməramlı qüvvələrinin komandanlığı, zabitləri və 15-ci sülhməramlı briqadanın hərbçiləri olan 12 İl-76 hərbi nəqliyyat təyyarəsi Ermənistan Respublikasına çatıb.

Onlar 200-dən çox hərbi personalı, zirehli personal daşıyıcılarını, zirehli maşınları və rabitə vasitələrini təslim ediblər.

Xəbərlər şöbəsi

Gündəm