Rusiya Təhlükəsizlik Şurasının müşavirəsində Qarabağdakı vəziyyət müzakirə olunub
26.02.2021 17:11 Dünya Siyasət

Rusiya Təhlükəsizlik Şurasının müşavirəsində Qarabağdakı vəziyyət müzakirə olunub

Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.

"MediaPost" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, müşavirədə Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyət müzakirə olunub.

“Biz sizinlə bu gün Dağlıq Qarabağ nizamlanması ətrafındakı vəziyyəti müzakirə edəcəyik. Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyimizin, sərhədçilərimizin necə işləməsi barədə sizin qiymətləndirmələrinizi və beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla bu istiqamətdə əməkdaşlığın necə getdiyini eşitmək istəyərdim”, - deyə ölkə başçısı qeyd edib.

Anara Mikail

Gündəm