Rusiya-Ukrayna münasibətləri yenidən gərginləşib: Donbasa silah satışı artıb - <span>FOTOLAR</span>
04.08.2020 08:25 Gündəm Dünya

Rusiya-Ukrayna münasibətləri yenidən gərginləşib: Donbasa silah satışı artıb - FOTOLAR

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Donbas ərazisinə silah satışını artırması ilə bağlı məlumat yayımlayıb. Verilən açıqlamada Rusiyanın məqsədinin bölgədə gərginliyi artırmaqla bağlı olduğu qeyd olunub. 

“MediaPost” xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik Rusiyanın bu anlaşılmaz davranışını sərt tənqid edib. 

“Ukraynanın ABŞ-dan silahlı yardım almasıdan sonra Rusiya Donbasa silah satışını artırıb. Biz beynəlxalq müqavilələrə uyğun olaraq tərəfdaşlarımızdan yardım almışıq. 480 tank, 900-dən çox zirehli texnika, 450-yə yaxın top, 300 minaatan, 210 raket, 700-ə yaxın hava hücumundan müdafiə sistemləri, 450 tank əleyhinə vasitə Donetsk və Luqansk bölgələrinə göndərilib. Rusiya bu silahların hamısını Ukraynaya qarşı hərbi əməliyyatlarda istifadə edir. Rusiya bu silahların sayını artırmaqla bölgədə terrorizmi gücləndirməyə çalışır” - deyə yazılı açıqlamada qeyd olunub. 

img
img
img
img

 

Məleykə Ağasoy

Gündəm