Rusiya və ABŞ nüvə silahları ilə bağlı müqaviləni uzatmağı qəbul etdilər
27.01.2021 10:25 Dünya

Rusiya və ABŞ nüvə silahları ilə bağlı müqaviləni uzatmağı qəbul etdilər

ABŞ prezidenti Co Bayden ilə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı “Strateji Hücum Silahlarının Məhdudlaşdırılması” müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər.

"MediaPost" "BBC"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb:

“Prezidentlər bu gün “Strateji Hücum Silahlarının Məhdudlaşdırılması” müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılığın əldə edilməsinə dair aparılan diplomatik notalar mübadiləsindən məmnunluqlarını ifadə ediblər. Önümüzdəki günlərdə tərəflər nüvə raket arsenallarının qarşılıqlı məhdudlaşdırılmasını nəzərdə tutan bu vacib beynəlxalq hüquqi mexanizmin işləməsini təmin etmək üçün bütün lazımi prosedurları tamamlayacaqlar”, - deyə məlumatda qeyd olunub.

Anara Mikail

Gündəm