Rusiya və Türkiyə hərbçiləri arasında İdlib danışığı olacaq
06.02.2020 20:08 Xarici siyasət

Rusiya və Türkiyə hərbçiləri arasında İdlib danışığı olacaq

Rusiyanın hərbçilərdən ibarət nümayəndə heyəti Suriyanın İdlib vilayətindəki vəziyyəti müzakirə etmək üçün tezliklə Ankaraya səfər edəcək.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

“Rusiya və Türkiyə prezidentləri yaxın vaxtlarda Rusiyadan bizə hərbi heyətin gələcəyinə dair razılığa gəliblər. İdlibdəki müşahidə məntəqələrimiz Soçi razılaşması çərçivəsində öz mövqelərində qalacaq, burada dəyişiklik olmayacaq, sərhədlər (eskalasiya zonaları) eyni qalacaq”-deyə Kalın jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında iki ölkənin İdlibdə müşahidə məntəqələrinin mövcud olması ilə bağlı razılıq əldə olunub: “Rusiya hərbçiləri ilə danışıqlar aparılacaq. Çünki, müşahidə məntəqələrimiz təhlükəsiz olmalıdır”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm