Rusiya XİN başçısı: "Moskva Dağlıq Qarabağ məsələsi üzrə kompromis imkanı olduğunu anlayır"
03.12.2019 12:58 Siyasət

Rusiya XİN başçısı: "Moskva Dağlıq Qarabağ məsələsi üzrə kompromis imkanı olduğunu anlayır"

"Dağlıq Qarabağ məsələsində kompromis imkanı olduğunu anlayırıq. Bu, çox uzun müddətdir davam edən münaqişədir, MDB məkanında ən uzunmüddətli münaqişələrdən biridir".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə tam töhfə verəcək.

"Ümid edirik ki, nəticələr olacaq", - rusiyalı nazir vurğulayıb.

Lavrov bildirib ki, hərbi-texniki əməkdaşlıq Moskva və Bakı arasındakı strateji tərəfdaşlığın vacib sahələrindən biridir:

"Rusiya hərbi-texniki əməkdaşlığı beynəlxalq hüquq normalarına tam uyğun şəkildə inkişaf etdirir, regiondakı qüvvələr balansını və sabitliyin qorunmasının əhəmiyyətini nəzərə almaqla aparır. Yeni sazişin bağlanacağını istisna etmirəm. Müəyyən fikirlər var".

"Rəsmi Moskva Azərbaycan və Ermənistan XİN başçılarının Bratislavadakı görüşündən nəticə gözləyir".

Rusiyanın XİN sözçüsü söyləyib ki, dünən Azərbaycan Prezidenti İlham Əliyevl aralarında çox zəngin və ətraflı söhbət olub: "Prezidentlərimizin münasibətlərimizi belə səviyyədə müəyyənləşdirməsi çox yaxşıdır".

Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda Moskvaya etdiyi səfər səmərəli olub.

"Hökumətlərarası iqtisadi komissiyanın işi müzakirə edildi. Qərara gəldik ki, innovasiya və texnologiya üzrə birgə komissiya yaradaq", - rusiyalı nazir bildirib.

S.Lavrov həmçinin rəsmi Moskvanın Azərbaycan və Ermənistan XİN başçılarının Bratislavadakı görüşündən nəticə gözlədiyini vurğulayıb.

"Humanitar sahədə nümunəvi əməkdaşlıq qurulub. Gələn il Rusiyada Azərbaycan Günlərini keçirməyi planlaşdırırıq. Azərbaycanda rus dilinin inkişafı və tədrisi üçün minnətdarıq. Azərbaycanda rus dilində təhsilə tələbatın necə yüksək olduğunu görürük. Eyni zamanda bu gün Rusiya universitetlərində 11 mindən çox azərbaycanlı tələbə təhsil alır, onlardan mindən çoxu Rusiya hökumətinin xətti ilə oxuyur", - S.Lavrov diqqətə çatdırıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm