Rusiya XİN Qərbin Navalnı ilə bağlı sanksiyalarına münasibət bildirib
03.03.2021 12:58 Dünya

Rusiya XİN Qərbin Navalnı ilə bağlı sanksiyalarına münasibət bildirib

"Həmkarları odla oynamamağa çağırırıq".

"MediaPost" "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqı və ABŞ-ın Aleksey Navalnı ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib.

“Sanksiyalar barədə qısa olaraq: Həmkarları odla oynamamağa çağırırıq”, - deyə M. Zaxarova “Facebook”da qeyd edib.

Anara Mikail

Gündəm