Rusiya XİN: Ukrayna sülhə nail olmaq üçün NATO və Aİ-yə üzv olmaqdan imtina etməlidir
27.05.2023 01:23 Dünya

Rusiya XİN: Ukrayna sülhə nail olmaq üçün NATO və Aİ-yə üzv olmaqdan imtina etməlidir

Ukraynanın NATO və Aİ-yə üzv olmaqdan imtina etməsi və bitərəf qeyri-blok statusuna qayıtması sülhə nail olmaq üçün şərtlərdən biridir.

MediaPost xəbər verir ki, bunu TASS-a müsahibəsində xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini qeyd edib ki, Rusiya Federasiyasının Ukrayna ətrafındakı münaqişənin həllinə yanaşmaları dəyişməzdir:

“Donbas sakinlərinin müdafiəsi, Ukraynanın demilitarizasiyası və denazifikasiyası, Rusiyanın təhlükəsizliyinə onun ərazisindən gələn təhdidlərin aradan qaldırılması".

"Biz əminik ki, nizamlanma yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbi əməliyyatları və Qərb silahlarının tədarükü dayandırılacağı təqdirdə mümkündür. Hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna bitərəf qoşulmama statusuna qayıtmalıdır. 1990-cı ildə dövlət suverenliyi haqqında bəyannamə qəbul edib, NATO-ya və Aİ-yə qoşulmaqdan imtina edib”, - deyə Qaluzin vurğulayıb, “xalqların öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi nəticəsində yaranmış yeni ərazi reallıqları tanınmalıdır”.

Xəbərlər departamenti

Gündəm