Rusiya Yunanıstan-Türkiyə məsələsinə qarışdı: S-300 yardımı
15.09.2020 15:12 Xarici siyasət

Rusiya Yunanıstan-Türkiyə məsələsinə qarışdı: S-300 yardımı

Türkiyə və Yunanıstan arasındakı münasibətlərin gərginləşdiyi dönəmdə məsələyə Rusiya da qarışıb. 

"MediaPost" xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan S-300 hava müdafiə sistemlərinin genişləndirilməsi üçün Rusiya ilə müzakirələrə başlayıb. 

Yerli "DefenceNet"in məlumatına görə, hazırda S-300 PMU-1 hava müdafiə sistemlərini PMU-2 səviyyəsinə yüksəltmək istəyən Afina Rusiyadan yardım istəyib.

İddialara görə, S-300-lərin mənzilini 150 kilometrdən 200 kilometrə çıxarmaq istəyən Yunanıstan hava müdafiə sistemlərini Krit adasına yerləşdirəcək. 

Məleykə Ağasoy

Gündəm