Rusiyada Azərbaycan, Türkiyə və Ermənistan bayrağı ilə bağlı qadağa
09.11.2020 09:36 Dünya

Rusiyada Azərbaycan, Türkiyə və Ermənistan bayrağı ilə bağlı qadağa

Rusiyanın Moskva və Sant-Peterburq şəhərində polislərə miqrasiya qanunlarını pozan azərbaycanlıların cəzalandırılması əmri verilib.

Ölkənin Daxili İşlər Nazirliyi vəziyyəti nəzarət altına alıb və qanunu pozanlara qarşı məhkəmə iddiası qaldırılmasını, sözügedən şəxslərin müvəqqəti saxlanılması və ölkədən deportasiya edilməsinə qərar verib.

"MediaPost" xəbər verir ki, bu barədə Rusiya KİV-ində məlumat yayılıb.

Bununla yanaşı, avtomobillərindən Azərbaycan, Türkiyə və Ermənistan bayraqları çıxaranların da dərhal nəzarət altına alınması əmr edilib.

Anara Mikail

Gündəm