Rusiyada COVID-19-a yoluxanların sayı 865 mini ötüb
05.08.2020 10:32 Gündəm Dünya

Rusiyada COVID-19-a yoluxanların sayı 865 mini ötüb

Rusiyada son 24 saatda daha 5.204 nəfər yeni növ koronavirusa yoluxub.

“MediaPost” xəbər verir ki, beləliklə, virusa yoluxanların sayı 866.627-yə, COVID-19 nəticəsində ölənlərin sayı isə 139 nəfər artaraq 14.490-a yüksəlib.

Verilən məlumata görə, yoluxanlardan 669.026 nəfər sağalıb, 2.300 nəfərin vəziyyəti ağırdır.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm