Rusiyada COVID-19 qurbanlarının sayı 29.509-yə çatıb
05.11.2020 13:38 Dünya

Rusiyada COVID-19 qurbanlarının sayı 29.509-yə çatıb

Rusiyada son 24 saatda daha 19.404 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. 

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda virusa yoluxanların sayının 1,712,858-ə, COVID-19 nəticəsində ölənlərin sayının isə 292 nəfər artaraq 29.509-a çatdığı bildirilib.

Qeyd edilib ki, virusa yoluxanlardan 1.279.169 nəfər sağalıb, 2.300 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm