Rusiyada COVID-19 qurbanlarının sayı 30 mini ötdü
07.11.2020 12:11 Dünya

Rusiyada COVID-19 qurbanlarının sayı 30 mini ötdü

Rusiyada son 24 saatda daha 20.396 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. 

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda virusa yoluxanların sayının 1,753,836-ya, COVID-19 nəticəsində ölənlərin sayının isə 364 nəfər artaraq 30.251-ə çatdığı bildirilib.

Qeyd edilib ki, virusa yoluxanlardan 1.312.927 nəfər sağalıb, 2.300 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm