Rusiyada COVID-19 qurbanlarının sayı 31.161-ə çatıb
10.11.2020 12:29 Dünya

Rusiyada COVID-19 qurbanlarının sayı 31.161-ə çatıb

Rusiyada son 24 saatda daha 20.977 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. 

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda virusa yoluxanların sayının 1.817.109-a, COVID-19 nəticəsində ölənlərin sayının isə 368 nəfər artaraq 31.161-ə çatdığı bildirilib.

Qeyd edilib ki, virusa yoluxanlardan 1.350.741 nəfər sağalıb, 2.300 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm