Rusiyada COVID-19 qurbanlarının sayı 71 mini ötdü
27.01.2021 13:09 Dünya

Rusiyada COVID-19 qurbanlarının sayı 71 mini ötdü

Rusiyada son 24 saatda daha 17.741 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. 

“MediaPost" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda virusa yoluxanların sayının 3,774,672-yə, COVID-19 nəticəsində ölənlərin sayının isə 594 nəfər artaraq 71.076-ya çatdığı bildirilib.

Qeyd edilib ki, virusa yoluxanlardan 3,202,483 nəfər sağalıb, 2.300 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm