Rusiyada gündəlik koronavirusa yoluxanların sayı 19 mini ötüb
04.11.2020 12:22 Dünya

Rusiyada gündəlik koronavirusa yoluxanların sayı 19 mini ötüb

Rusiyada son 24 saatda daha 19.768 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. 

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda virusa yoluxanların sayının 1.693.454-ə, COVID-19 nəticəsində ölənlərin sayının isə 389 nəfər artaraq 29.217-yə çatdığı bildirilib.

Qeyd edilib ki, virusa yoluxanlardan 1.266.931 nəfər sağalıb, 2.300 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm